Rusiya S-300-ləri hazır vəziyyətə gətirdi






Rusiyanın Çelyabinsk bölgəsinə göndərilən S-300 hava hücumundan müdafiə sistemlərinin anı sınağı keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Federal bölkə komandanı Vladimir Zarudnitski məlumat verib.
Onun sözlərinə görə, yoxlama zamanı 600-ə qədər hərbçi iştirak edib:
"Yerli vaxtla 06:00-da Çelyabinsk bölgəsinə göndərilən S-300 sistemlərini sınaqdan keçirməyi qərara aldıq. Çebarkul poliqonunda Cənubi Uralın hərbi və sənaye müəssisələri üzərindəki hava sahəsini qoruma şərtləri ilə sınaq keçirdik. Ani yoxlamaya 600 hərbçi və 200-dən çox hərbi vasitə qatılıb”.