Rusiya səfiri öldü: Daha üç nəfər yaralı var

Bu gün Ankarada Rusiya səfirliyinin dəstəyi ilə Müasir Sənətlər Muzeyində fotoqraf sərgisində qanlı hadisə yaşanıb. Rusiyanın Türkiyədəki səfiri Andrey Korlov tədbirin açılışını edərkən salona qara rəngli, ciddi geyimli, qalstuk taxmış əli silahlı bir nəfər daxil olub. Əvvəlcə sui-qəsdçi havaya atəş açaraq, hamını çölə çıxmağa çağırıb və silahı arxadan səfirə tuşlayıb. Səfiri güllə ilə vurduqdan sonra Hələblə bağlı ucadan tələblər səsləndirib, yerə uzanmış səfir Andrey Korlova yenə də bir neçə dəfə atəş açıb. Binanı mühafizə edən polislərin sui-qəsdçini vurduğu söylənilir. Yaralı halda terrorçunun "uzaqlaşın burdan, mən buradan sağ çıxmayacağam" - deyərək qışqırdığını söyləyən "Hürriyyət" qəzetinin fotoqrafı Haşim Kılıc tədbirdə 100 nəfərə yaxın insanın iştirak etdiyini bildirib. Özəl hərəkat polisləri ilə içəridə savaşan sui-qəsdçinin sağ olduğu xəbəri verilir.
10-15 dəqiqə atışmadan sonra səfir xəstəxanaya aparılıb. Ən son xəbərə görə, ağır yaralanan Adrey Korlov dünyasını dəyişib. Hadisədə 3 nəfər yaralanıb.
Rusiya mənbələrinin verdiyi xəbərə görə, sui-qəsdi radikal-islam qruplaşmasının üzvləri törədib. Qəsdçi 25-30 yaşlı şəxsdir.
Türkiyə Cümhuriyyəti Daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gəlib, tədqiqat aparılır.