Rusiya Suriyada əsgərinin ölümünü təsdiqlədi

Ötən gün Suriyada Rusiya hərbçisinin avtomobil qəzasında ölməsi xəbəri təsdiqini tapıb.
Axar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi yayılan məlumatı təsdiqləyib.
“Hmeymim aviabazasından yola düşən Rusiyaya məxsus hərbi avtomobil qarşıdan gələn sərnişin avtomobili ilə toqquşub. Qəza nəticəsində 1 rus hərbçisi və digər avtomobildəki 2 sərnişin həyatını itirib. Həyatını itirən hərbçi Rusiya ordusunda müddətdən artıq qulluq edirdi. Hadisə hər hansı bir təxribat nəticəsində baş verməyib”, – nazirliyin məlumatında bildirilir.