Rusiya tərəfinin açıqlamaları əsassızdır
21:34 05.02.2016
Arxiv
714
İndiki gərgin bir vaxtda Türkiyə Suriyaya hərbi müdaxilə etməz
"Türkiyə-Suriya sərhəddində baş verənlər Ankaranın Suriyaya hərbi müdaxiləsi üçün intensiv hazırlığın getdiyini göstərir”. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib. O, Rusiyanın buna şübhə etmək üçün ciddi əsaslara malik olduğunu bildirib:
"Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində aktiv fəaliyyətinə gizli hazırlığın əlamətlərini getdikcə daha çox görürük”. Konaşenkovun sözlərinə görə, bir müddət öncə Rusiya Müdafiə Nazirliyi dünya ictimaiyyətinə Türkiyə artilleriya qurğularının Suriyanın Latakiya bölgəsində yaşayış məntəqələrini atəşə tutmasını əks etdirən kadrları təqdim edib: "Bizi təəccübləndirən odur ki, Pentaqon, NATO və Suriyada insan haqlarını müdafiə edən təşkilatların nümayəndələri bu hərəkətlərə reaksiya vermək əvəzinə, hələ də susurlar”. O, həmçinin xatırladıb ki, Rusiya Müdafiə Nazirliyi Yaxın Şərq regionunda kəşfiyyatı gücləndirib: "Əgər Ankarada kimsə Rusiya müşahidəçilərinin uçuşunu təxirə salmaqla nəyisə gizlətməyin mümkün olacağını düşünürsə, bu, qeyri-peşəkarlıqdır”. Məsələ ilə bağlı "Şərq”ə danışan Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev Rusiya rəsmisinin iddiasını əsassız adlandırıb. Politoloq Türkiyənin Suriyaya hərbi müdaxilə edəcəyini düşünmür: "Suriyaya müdaxilə etmək üçün münbit şəraitin olduğu, beynəlxalq güclərin rəsmi Ankarını dəstəklədiyi bir zamanda Türkiyə hökuməti bunu etmədi. İndiki gərgin dönəmdə, Rusiya ilə kəskin münasibətlər fonunda Suriyaya hərbi müdaxilə mümkünsüzdür. Çünki quru qoşunlarının hərbi müdaxiləsi həm də havadan dəstəklənməlidir. Türkiyə təyyarələrinin hazırda Suriya sərhədlərini keçməsi risklidir. Çox güman ki, o zaman türk qırıcıları ruslar tərəfindən vurulacaq. Həmçinin, Türkiyədə daxili vəziyyət hər hansı ölkəyə müdaxilə etməyə adekvat deyil. Prezident Ərdoğanın da artıq belə bir fikri yoxdur. Çünki Suriyada hər şey əldən verilib. Niyə girəcək Türkiyə, bununla nə əldə edəcək ki?”. Ekspertin
sözlərinə görə, Türkiyənin Suriya ilə sərhəddinə qoşun cəmləməsi dövlətin öz təhlükəsizliyi ilə bağlıdır: "Suriyada şiddətli müharibə gedir, mərmilər Türkiyə ərazisinə düşür. Silahlı qüvvələr bütün günü sərhəddə gəzişir. Təbii ki, bunlar Ərdoğan hökumətini ciddi narahat edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat