Rusiya və ABŞ Suriyada hava əməliyyatlarının təhlükəsizliyini müzakirə etdı





Rusiya və ABŞ Müdafiə Nazirliklərinin nümayəndələri videokonfrans vasitəsilə Suriyada hava əməliyyatlarının təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər. Yaxın zamanda daha bir analoji konfransın keçiriləcəyi planlaşdırılır. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Röyters” məlumat yayıb.
Qeyd edək ki, ilk tərəflər arasında ilk videokonfrans oktyabrın 1-də ABŞ-ın təşəbbüsü ilə baş tutub.