Rusiya və Türkiyədəki əməkçi miqrantlarımız geri qayıdır ?
11:34 03.07.2018
Arxiv
799
Son aylarda qonşu ölkələr- Türkiyə və Rusiyaya qazanc arxasında yollanan azərbaycanlıların əksəriyyəti ölkəmizə qayıdır. Buna səbəb kimi həmin ölkələrdə mövcud olan iqtisadi çətinlik, devalvasiya, infliyasiya və işsizlik problemləri göstərilir. Məhz ona görə də adıçəkilən ölkələrdə çalışan əməkçi miqrantlarımız ölkəmizə üz tutmağa məcbur qalıblar. Azərbaycanda işsizliyin tam aradan qaldırılmadığını nəzərə alsaq, şübhəsiz ki, bu vəziyyət cəmiyyətdə müəyyən narahatlıqlara səbəb olub. Ona görə ki, hər il adıçəkilən ölkələrdən Azərbaycana xeyli miqdarda vəsait göndərilirdi və bu da respublikamızda insanların sosial şəraitinə müsbət təsir göstərirdi.
Vəziyyəti "Sherg.az"a şərh edən "Turan” İnformasiya Agentliyinin iqtisadi şərhçisi Hafiz Babalı belə problem mövcud olmadığını düşünür. Onun sözlərinə görə, qonşu ölkələrə mövsümi işlərlə bağlı yollanan azərbaycanlılar, istirahət imkanlarından istifadə etmək, ailələrini və yaxınlarını görmək üçün ölkəyə qayıdırlar:
"Yay xarici ölkələrə, o cümlədən Rusiya və Türkiyəyə işləmək üçün gedən şəxslərin, ailələlərin vətənə istirahətə, qohumlarını yoxlamağa gəlmək imkanıdır. Görünür, bu il yayda vətənə üz tutanların sayında müəyyən artım dinamikası var. Bu isə "optik yanılmaya" səbəb olub. Düzdür, hər iki qonşu ölkədə indi müəyyən iqtisadi sıxıntılar var, amma bu həmin ölkələrdə müvəqqəti çalışan Azərbaycan vətəndaşlarının birdəfəlik geri qayıtması üçün yetərli əsas deyil.
İşçi qüvvəsi kimi xaricə üz tutmuş vətəndaşlarımızın Azərbaycana birdəfəlik geri qayıtmasını gözləmək doğru deyil. Bunun baş verməsi üçün Azərbaycanda yetərincə iqtisadi tərəqqi, fəaliyyət üçün bərabər imkanlar, siyasi, iqtisadi və sosial hüquqların qorunması üçün təminatlar olmalıdır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat