Rusiyada adam öldürdü, Azərbaycanda tutuldu






Rusiyada adam öldürdüyünə görə axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan İlyas İmanov tutulub.