Rusiyadan "halal turizm" hücumu



Rusiya Federal Turizm Agentliyinin prezident köməkçisi Sergey Korneyev, başda körfəz ölkələri olmaqla müsəlman turistləri Rusiyaya çəkmək üçün "Halal Friendly" proqramını başlatdıqlarını söyləyib.

Körfəz ölkələrinin turistlərinə qarşı ciddi maraq olduğunu söyləyən Korneyev, Birləşmiş Ərəb Əmrlikləri və Orta şərqdə Rusiyanın turizm fəaliyyətlərinin əvvəllər olmadığını bildirib.

Proqramın yalnız yemək, içməyi əhatə etməyəcəyini söyləyən Korneev, "Bu müsəlman qonaqlara qarşı qonaqpərvərliklə bağlı ümumi bir proqram olacaq. Məsələn, menyularda ərəbcə şərhlər olacaq" deyə söyləyib.

Sergey Korneyev ayrıca, cənubda yaşayan turistlərə "Rusiya qışı" proqramını təqdim edəcəklərini ifadə edib. Bunun maraqlı bir təcrübə olacağını qeyd edən Korneyev, qışda St. Peterburqa gələn jurnalistlərin məmnun qaldığını sözlərinə əlavə edib.