Rusiyadan şərh: "Rəsmi Moskva 5 rayonun azad edilməsinə çalışır"
21:58 23.04.2016
Arxiv
517
"Rusiyanın Qarabağ nizamlamasında Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ilə Qarabağın statusu məsələləri ayrıca nəzərdə tutulur".
modern.az xəbər verir ki, bu barədə "Qazeta.ru" nəşri Rusiya xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfərinin nəticələrini şərh edərkən yazıb.
Nəşr "yeni plan"ın mahiyyətini Rusiya hakimiyyətinə yaxın mənbələr vasitəsilə öyrənməyə çalışıb.
Mənbələrin informasiyasına görə, Dağlıq Qarabağ probleminin qısa perspektivdə həlli ilin sonunadək işğal altındakı 7 rayondan 5-nin Azərbaycana qaytarılması üçün rəsmi İrəvana təzyiqləri nəzərdə tutur. "Yerdə qalan iki rayon (Laçın və Kəlbəcər - red.) isə daha sonra qaytarıla bilər.
Qeyd edək ki, həmin iki rayon da Dağlıq Qarabağa bitişikdir. Bunun qarşılığında Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin blokadası götürülməlidir" - nəşr qeyd edib.
"Dağlıq Qarabağın kimə məxsusluğu tezliklə müəyyən edilməyəcək və bu artıq gələcək nəsillərin işidir" - Rusiya elitasındakı yüksək çinli mənbələrdən biri nəşrə bildirib.
Ancaq Ermənistan rəhbərliyinə yaxın həmsöhbət "Qazeta.ru"ya deyib ki, bu plana İrəvanda müqavimət doğurub: "Ermənilər ehtiyat edir ki, Azərbaycan tərəfi bir neçə rayonu alandan sonra daha irəli gedəcək. Ona görə də Ermənistan ərazilərin azad edilməsini Dağlıq Qarabağın statusu ilə bağlamaqda təkid edir".
"Rayonların bir hissəsini qaytarıb, oradan "DQR" qüvvələrini çıxarıb, Qarabağın statusu məsələsini sonraya saxlamaq mümkün deyil. Axı, o halda zərbə altında Stepanakert (Xankəndi-red.) qalacaq. 4 günlük aprel müharibəsi göstərdi ki, Bakı təhlükəsizlik zəmanəti verə bilməz. Neft dolları axınının güclənməsi və Türkiyə ilə müttəfiqlikdə Azərbaycan bu müharibədə daha da irəli gedə bilər" - Ermənistan rəhbərliyinə yaxın qaynaq bildirib.
Nəşrin yazdığına görə, başqa bir erməni qaynağı etiraf edir ki, Moskva Serj Sərkisyana güclü təzyiq eləsə, sonuncu mürəkkəb daxili siyasi və iqtisadi vəziyyət üzündən dalana düşə və yekun etibarilə iqtisadi qazancların qarşılığında rayonların qaytarılmasına gedə bilər.
"Məsələ ondadır ki, o halda Sərkisyan siyasi karyerasını dəfn eləmiş olacaq. Bunu xalqa o, necə izah edəcək" - mənbə ardınca ritorik sual edib.
"Situasiyanı qəlizləşdirən həm də odur ki, prezident Sərkisyanın özü Qarabağ klanının nümayəndəsidir" - nəşr sonda vurğulayır.
Qeyd edək ki, az öncə Rusiyalı tanınmış politoloq, prezident Vladimir Putinin səlahiyyətli şəxslərindən sayılan Sergey Markov "Kazan formulu" əsasında ilin sonunadək 5 rayonun qaytarılacağını, azərbaycanlı köçkünlərin elə bu il öz yurd yerlərinə qayıdacağını söyləmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm