"Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Bu faktın özü də göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əlehinə təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir "missiyası” da var imiş.
"Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistanla Azərbaycan arasında sülh istəmir" - Şərh
07:52 01.08.2018
Arxiv
952
"Ermənistanda maraqlı fakt aşkarlayıblar. Belə ki, işğalçı ölkədə Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytını Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirmiş".
Bu barədə "Sherg.az"a politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, hərbi baza 2016-cı ildə hımin sayta 100 min rubl ayırıb:
"Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Bu faktın özü də göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əlehinə təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir "missiyası” da var imiş.Ermənilərin özlərinin bu faktı aşkarlaması ondan xəbər verir ki, əslində Azərbaycan və Türkiyə ilə düşmən olmanın onlara bütün istiqamətlərdə baha başa gəldiyini anlayırlar. Elə bu günlərdə eks-prezident Levon Ter-Petrosyana bağlı partiyadan olan deputatın "biz Azərbaycan torpaqlarını işğal etmişik” ifadəsini işlətməsi də təsadüfi deyil. O bu etirafı Robert Köçəryan və Serj Sərkisyanın prezidentliyi dövründə işlətməkdən çəkinərdi.
Görünür, baş nazir Nikol Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri hərəkətə gətirib. Ancaq Rusiyanın əngəli yenə də hiss olunur. İşğalçı eks-prezident Robert Köçəryanın həbsinə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun timsalında "biz Ermənistanda baş verənlərdən narahatıq” kəlməsinin işlətməsi gözlənilən idi".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya