"Ruslar Azərbaycan torpaqlarının zəbt olunduğunu təsdiq edirlər" - Professor
13:16 02.07.2018
Arxiv
562
"Cocuq Mərcanlıya gələn rusiyalı ekspertlər, deputatlar birbaşa Rusiyanın rəsmi mövqeyini əks etdirmir”.
Bunu "Sherg.az”a Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin "Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir" iddiasına münasibət bildirərkən professor, politoloq Fikrət Sadiqov deyib.
Onun sözlərinə görə, ölkəyə gələn siyasətçilərin arasında Kremlə yaxın siyasətçi də yer alıb:
"Bu o deməkdir ki, Rusiya rəhbərliyində Azərbaycanla bağlı mövqelər müsbətdir. Bu yaxşı haldır. Belə müsbət yanaşmalar diplomatik fəaliyyətimizin nəticəsidir. İstənilən halda bu rəsmi Moskvanın konkret mövqeyi deyil.
Cocuq Mərcanlıda keçirilən tədbir ona işarədir ki, ruslar Azərbaycan torpaqlarının zəbt olunduğunu təsdiq edirlər. Rusiyalı ekspertlər bilirlər ki, işğal altındakı torpaqlar Azərbaycana qaytarılmalıdır. Ölkəmizə gələn rus deputatların bundan sonra da fəaliyyətinin davam etdirilməsini istərdim. Xüsusilə, Ermənistana edilən ictimai, siyasi təzyiq güclənməlidir.
Ölkəmiz haqqında müsbət fikirdə olan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyinə uyğun həll edilməsinin tərəfdarı olan deputat və ekspertlərin Rusiya cəmiyyətində çəkisi böyükdür. Digər tərəfdən Ermənistanın özündə dəyişikliklər baş verir. Orada qərbyönümlü nazirlər vəzifələrə gəlib, Rusiyaya qarşı ifadələr səsləndirilir. Ola bilər, Azərbaycanda sərt bəyanatlar səsləndirən deputatlar Ermənistana mesaj ünvanlamağa çalışır. Demək istəyirlər ki, əgər Ermənistan qərbə meyl edirsə, Rusiya da Azərbaycanın mövqeyini dəstəkləyə bilər. Bu proseslərin müəyyən ssenari daxilində həyata keçirilməsi istisna deyil. Bütün hallarda, səsləndirilən ifadələr Azərbaycanın mövqeyinə xidmət edir. Amma vaxtaşırı tədbirlər, konfranslarla kifayətlənməməliyik”.
Aleksadr Duqinin "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın” fikirlərinə gəlincə, politoloq bu razılaşmanın baş tutmamasının səbəblərini izah edib:
""Madrid prinsipləri”nə görə, Ermənistan Qarabağ ətrafında yerləşən 5 rayon Azərbaycana qaytarılmalı idi. Vaxtilə Minsk qrupu tərəfindən təklif edilən, Serj Sarkisyanın hətta imzaladığı razılaşma idi. 5 rayonun mərhələli şəkildə qaytarılmasından sonra Laçın və Kəlbəcər də müəyyən şərt daxilində qaytarılacaqdı. Lakin son məqamda rəsmi İrəvan şərt qoydu ki, Azərbaycan Dağlıq Qarabağı tanımalıdır. Bu şərt isə bizim maraqlarımıza zidd olduğuna görə heç vaxt razılaşa bilmərik”.
Qeyd edək ki, Rusiya siyasi elitasının məşhur nümayəndələri, Dövlət Dumasının deputatları Cəbrayıl rayonunun 2016-cı ilin aprel müharibəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər. "Moskva-Bakı geosiyasi oxu” ictimai platforması çərçivəsində təşkil olunan "Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı konfransda çıxış edən Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin maraqlı açıqlamaları ilə diqqət çəkib. O söyləyib ki, hazırda nümayəndələrin, deputatların Qarabağda olması təsadüfi deyil: "Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi