Saakaşvili olmadı: Ukraynanın yeni baş naziri Vladimir Qroysmandır

O, Ukraynanın tarixində ən gənc hökumət başçısıdır



Ukrayna Ali Radası Arseni Yatsenyukun baş nazir vəzifəsindən istefasını qəbul edib və Vladimir Qroysmanın bu posta təyin olunmasına razılıq verib.
APA-nın "112.ua” saytına istinadən verdiyi məlumata görə, Ali Rada bu gün V. Qroysmanın namizədliyini 257 səslə təsdiqləyib.
Xatırladaq ki, yeni baş nazir bundan əvvəl parlamentin sədri idi. 1978-ci il təvəllüdlü Vladimir Qroysman Ukraynanın tarixində ən gənc hökumət başçısıdır.