Saatlıdakı kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ MƏLUMAT





Ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 24 nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın Lent.az-a verdiyi məlumata görə, Bakıdan həkim briqadası Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub: "Həkimlər xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Zəhərlənənlərdən 4-ü Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib. Müalicələri davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir. Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin durumu qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb. Digərlərinin müalicəsi davam edir”.