Sabah Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq - SİYAHI
06:16 04.05.2019
Arxiv
487
Mayın 5-də Bakıda keçiriləcək "Bakı marafonu-2019" ilə bağlı bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Sherg.az" xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, marafonun marşrut xətti Dövlət Bayraq Meydanından Dənizkənarı Milli park boyu nəzərdə tutulub: "Marşrut xətti Azadlıq meydanından Neftçilər prospekti ilə hərəkət edərək Yusif Səfərov küçəsindən keçməklə 10-cu zavod dairəsi və tunel vasitəsilə Heydər Əliyev Mərkəzinədək, Heydər Əliyev Mərkəzindən hərəkətin əksi istiqamətində əlavə yolla Bakı Olimpiya stadionu istiqamətində nəzərdə tutulub. Marafon iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və yarışın təhlükəsiz başa çatdırılması məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi bildirir ki, tədbir başa çatana qədər təhlükəsizliyi təmin etmək məqsədilə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Bu məqsədlə sürücülərdən xahiş edirik ki, tədbir müddətində alternativ yollardan istifadə etsinlər".
Qeyd edək ki, mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. "Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
"Bakı Marafonu-2019”un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.
O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə "Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm