SABAH qruplarında oxuyanların imtiyazları ləğv edilir
07:41 25.08.2017
Arxiv
468
2017/2018-ci tədris ilindən başlayaraq SABAH yataqxanasında yaşayış ödənişsiz, yemək xərcləri isə ödənişli olacaq.
"Sherg.az"ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə SABAH qruplarında tədris alacaq və yataqxanada qalacaq tələbələrə göndərilmiş məktublarda qeyd edilib.
Bildirilib ki, 2017/2018-ci tədris ilində SABAH qruplarına qəbul olunmuş və yekun qeydiyyat zamanı yataqxanaya ehtiyac barədə seçimi işarələnmiş tələbələr 27 avqust 2017-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər. Tələbələrə həmçinin yemək xidmətinin qiyməti, ödənişi qaydaları və yemək saatları barədə məlumatlar verilib.
"Qeyd edilib ki, yemək paketlərinin qiyməti: səhər yeməyi-2 manat, günorta yeməyi 3 manat, axşam yeməyi-7 manatdır. Səhər, günorta və axşam yeməklərini ayrı-ayrılıqda, birgə və ya kompleks paket halında seçmək mümkündür. Kompleks paket halında seçildikdə səhər, günorta və axşam yeməklərinin birgə qiyməti 7 manatdır. Menyu bir həftə öncədən tələbələrə təqdim olunmaqla, tələbə rəyləri nəzərə alınmaqla hazırlanacaq.
Yemək xidmətinin ödənişi tələbələrlə yataqxanaya yerləşmə zamanı idarəedici şirkətlə bağlanılacaq müqavilə əsasında aylıq olaraq hər ayın ilk 10 günü ərzində tələb olunacaq. Tələbələr hər ayın əvvəli ödəniş etmədən əvvəl həmin ay yemək təklifindən istifadə edəcəkləri günlərin sayını (ay ərzində 25-dən az olmamaqla) qeyd etməlidir. Mart ayındakı bayram günləri nəzərə alınaraq bu ay ərzində yemək təklifindən istifadə edəcəkləri günlərin sayı minimum 10 ola bilər. Tələbələr ödəniş olunmuş, lakin ay ərzində istifadə olunmamış yemək xidmətini digər aylarda istifadə edə bilər”.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu cür addımla təhsilin inkişafına böyük maneə yaradılıb.
"Yarandığı gündən etibarən SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olanlar üçün gündə 3 dəfə qidalanma daxil olmaqla ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha cazibədar namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edirdi. Təəssüflə qeyd etmək istəyirəm ki, artıq imkanı zəif olan tələblərə yaradılmış bu gözəl şərait və imkanlar ləğv olunur. Maddi vəziyyəti o qədər də yaxşı olmayan minlərlə tələbə bu layihədən istifadə edərək həm yüksək səviyyədə təhsil alırdı, həm də yaşayış və digər məsələləri həll edirdi. Yeni tədris ilindən etibarən SABAH qrupunda təhsil alan tələbələrin bütün imtiyazları dayandırılır.
Hesab edirəm ki, bu addım onsuzda yaxşı vəziyyətdə olmayan ali təhsil müəssisələrinin kadr hazırlığına vurulan zərbədir. Tələbələrə edilən güzəştlər dayandırılmamalı, onlara verilən imkanlar davam etdirilməlidir. Çünki orda təhsil alanların maddi imkanları tələbləri qarşılamağa imkan vermir”.
Qeyd edək ki, tələbə üçün aylıq yemək xərci 210 manat təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol