Sabir Rüstəmxanlı: "Eynulla Fətullayev kimi dosta, yoldaşa xəyanət edən, çörək kəsdiyi süfrəyə tüpürən olmamışam"
10:40 11.02.2016
Arxiv
930
Tanınmış jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu haqqın.az saytının Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, keçmiş deputat Sabir Rüstəmxanlı haqqında yazdığı yazı qalmaqala səbəb olub.
Yazıda Sabir Rüstəmxanlının müxalifətə keçdiyi və iqtidari söyməyə başladığı qeyd edilib. Həmçinin, yazıda Sabir Rüstəmxanlı mandatı əlindən alındığı və bu səbəbdən də iqtidarı söydüyü üçün "simasız” kimi tənqid edilib.
Qeyd edək ki, Eynulla Fətullayev həm də də sosial şəbəkədə Sabir Rüstəmxanlını təhqir edən status yazıb.
Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında haqqında yazılanlara belə reaksiya verib.
"Bütün ömrüm boyu bir sifətlə yaşamışam. Eynulla Fətullayev kimi dosta, yoldaşa xəyanət edən, çörək kəsdiyi süfrəyə tüpürən olmamışam. Onun kimə və nəyə xidmət etdiyi bilinmir. Gündə bir partiya, bir mövqe dəyişən adamdır. Həyatım boyu kişi kimi yaşamışam. Hər zaman da kişi kimi sözümü demişəm. Eynulla Fətullayevi ortaya atıblar. Əslində, onun haqqında danışmaq mənə yaraşmaz”.
Partiya sədri müxalifətə keçid etməsi fikirlərinə də aydınlıq gətirib.
"O, elə bilir ki, son müsahibəmdə dediklərim yenidir. Mən Milli Məclisdə olanda da həmin mövqedə olmuşam və həmin sözləri demişəm. Gedib Milli Məclisin arxivlərinə baxsınlar. Milli Məclisdə deputat olan zaman daha artıqlarını demişəm. Bunlar təzə hadisələr deyil ki! Bunlar cahildirlər. Gözləri kordur. Məclisin iclaslarından xəbərləri olmayıb. Elə biliblər ki, Milli Məclisdə oturanda tərifnamə deyirdim. İndi isə tənqid deyirəm. Ona görə də ağıllarına nə gəldi danışırlar. Milli Məclisdə olan zamanlarda da mövqeyim dəyişməz olub. Başlarından böyük danışmasınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat