Həmçinin 2015-2016-cı illər ərzində baş verən devalvasiyalardan və bank sektorundakı problemlərdən dolayı xarici borcun artması bu fərqin azalmasıda rolu olmuşdur. Əvvəllər bu fərq belə deyildi. İllər keçdikcə həmin fərq azaldı.
"Sabit və baha neft qiymətləri xarici borcu azaltdı" - Ekspert
08:41 02.07.2018
Arxiv
811
"Valyuta ehtiyatlarımızın xarici borcu üstələməsi təbii haldır”
Bu barədə "Sherg.az”a Azərbaycan valyuta ehtiyatlarının xarici borcu üstələməsini dəyərləndirərkən iqtisadçı- ekspert Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, uzun müddət Azərbaycanın xarici dövlət borcu normasında olub:
"2014-cü ilindən sonra neftin qiymətinin düşməsi ilə əlaqədar olaraq bu göstərici nisbətən artdı. Amma yenə də Azərbaycanın valyuta ehtiyatları xarici borc səviyyəsindən yüksəkdə olaraq qalmağa davam edir.
Həmçinin 2015-2016-cı illər ərzində baş verən devalvasiyalardan və bank sektorundakı problemlərdən dolayı xarici borcun artması bu fərqin azalmasıda rolu olmuşdur. Əvvəllər bu fərq belə deyildi. İllər keçdikcə həmin fərq azaldı. Səbəb də neftin yeni bazar qiymətlərinin stabilləşməsi idi. Çünki sabit və artıq neft qiymətləri xarici borcu valyuta ehtiyatları qarşısında azaldılır. Azərbaycan hökuməti və maliyyə naziri də bəyan etmişdir ki, bizim xarici borcla bağlı dövlət siyasətimiz bu borcun valyuta ehtiyatları qarşısında artmaması ilə bağlıdır.
Biz bunu asanlıqla həyata keçirə bilərik. Çünki Azərbaycanın bu siyasəti həyata keçirməyə kifayət qədər gücü var. Neftin qiymətinin dünya bazarında yüksək həddə çatması bu fərqin azalmasına bir başa yol açdı. Təbii ki, Azərbaycan müəyyən valyuta xərcləmələri də etdi. Amma bu xərcləmələr xarici borcu şişirtmədi. Məncə, yaxın zamanlarda Azərbaycanın valyuta eftiyatları xarici dövlət borcları səviyyəsindən daha da yüksək olacaq”.
Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovin sözlərinə görə, cari ilin ötən dövründə həm dünya, həm də Azərbaycam iqtisadiyyatında müsbət təsirlər qeydə alınıb."Neftin qiymıtinin artması nəticəsində büdcədə neftin qiymətində dəyişikliklərə zərurət yaranıb. Neftin bahalaşması, dövlət maliyyə sistemində aparılan islahatlar nəticəsində ölkəmizdə Ümumi Daxili Məhsul 1.2 faiz artıb. Neft sektorunda 28.1 faiz, qeyri-neft sektorunda 5.7 faiz artım qeydə alınıb. Ölkəmizin valyuta ehtiyatları artaraq xarici borcu bir neçə dəfə üstələyib. Bir sıra sosial layihələrin maliyyə hesabında artım qeydə alınıb. Hesablama Palatası büdcə haqqında hesabat təqdim edib”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi