“Sağım cəsəd, solum cəsəd...”

Şahid dəhşətli partlayışı anlatdı



Ankaradakı terror hadisəsində yaralı xilas olan 22 yaşlı Uğur Mumcu Şahin yaşadıqlarını izah etdi:

Kütləyə doğru gedərkən bir bomba partladı. 2-3 saniyə keçmədi, biri də önümdə partladı. Bir anda yerdəydim. Sağım cəsəd, solum cəsəd, ayaq, qol, dəhşətli mənzərə idi. Qatar stansiyasının qarşısında baş verən və 97 nəfərin həyatını itirdiyi partlayışdan sağ xilas olan Şahinin, Ankara xəstəxanasında ı müalicəsi davam etdirilir. Barış mitinqi üçün Malatyadan Ankaraya gələn Şahin, bombaların ortasında qaldığı anı izah edib. Yoldaşlarıyla birlikdə mitinqin içərisinə gedərkən böyük bir partlayış baş verdiyini ifadə edən Şahin, partlayışların ard- arda yaşandığını söylədi. Şahin, yaşadıqlarını, "Bombaların tam ortasında qaldım. Ətrafımdakıların heç biri canlı deyildi. Huşsuz deyildim. Sağ qalmağım möcüzə idi.”

Partlayış nəticəsində ətrafa saçılan insan parçalarının ayağına, sinəsinə düşdüyünü bildirən Şahin, "Üzümdə də yanıqlar yarandı. Xəstəxanaya çox təşəkkür edirəm. Yaxşılaşmağım üçün əllərindən gələni edirlər. Psixologiyam çox yaxşıdır. Tezliklə yaxşılaşıb buradan çıxmaq dərdindəyəm” deyə əlavə edib.