Hesab edirəm ki, dövlətin vəzifəsi daha çox məhsul istehsal etmək üçün iqtisadi mühiti şəffaflaşdırmaq, sahibkarlığa qarşı neqativ halların aradan qaldırılmasına nail olmaqdır.
"Sahibkarlığa ayrılan kreditlərin faiz dərəcələrini endirmək lazımdır"
14:13 06.08.2018
Arxiv
1090
"Bazarlarda bahalaşmanın səbəblərindən biri də müəyyən iqtisadi siqnallar olur”.
Bunu "Sherg.az”a yumurtanın qiymətlərinin artmasının səbəblərini izah edərkən iqtisadçı- ekspert Nazim Bəydəmirli bildirib.
O vurğulayıb ki, bir müddət əvvəl enerji və yanacağın qiymətinin artırılmasından sonra zəncirvarı reaksiya baş verdi, qiymət artımı genişləndi:
"Çünki istənilən məhsulun istehsalında, istənilən xidmətin maya dəyərində enerji daşıyıcılarının rolu ən aşağı göstərici ilə 20-30 faizdir. Qiymət artımını, ərzaq məhsullarının bahalaşmasını tək mövsümi amillərlə əlaqələndirmək doğru deyil.
Hesab edirəm ki, dövlətin vəzifəsi daha çox məhsul istehsal etmək üçün iqtisadi mühiti şəffaflaşdırmaq, sahibkarlığa qarşı neqativ halların aradan qaldırılmasına nail olmaqdır. Eyni zamanda sahibkarlığa ayrılan kreditlərin faiz dərəcələrini bir qədər endirmək lazımdır. Bütün bunlar optimal qiymətlərin formalaşdırılmasına istehsalın artmasına imkan yaradar. Təəssüf ki, məmur sahibkarlığı ölkədə hələ də dominant mövqedədir.
Holdinqlərin, bu və ya digər formada məmur sahibkarlığına məxsus olan şirkətlərin qiymətlərə təsiri nəticəsində bahalaşma baş verir. İri şirkətlər qiymət artımı həyata keçirməklə izafi xərclərini istehlakçıların boynuna yıxır. İnsanlar da bundan əziyyət çəkirlər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm