Samuxda bataqlıqda baş verən güclü yanğın söndürüldü
09:32 08.07.2018
Arxiv
625
İyulun 7-də axşam saatlarında Samux rayonunun Burunqovaq kəndi yaxınlığından axan Alazan çayının sağ sahilindəki qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğına baş verib. Axşam saatlarında başlayan güclü külək tez bir zamanda yanğının genişlənməsinə səbəb olub.
Sherg.az-ən məlumatına görə Samux Rayon İcra Hakimiyyətinin müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tahir Qarayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub. Rayon Fövqəladə Hallar Komisiyyasının üzvləri və aidiyyatı qurumlar da yanğının baş verdiyi ərazidə olublar. Bir istiqamətdə yanğının qarşısı alınıb.
Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Bunun üçün Samux rayon Suvarma Sistemlərinin maşın mexanizmləri – traktor və ekskovatorları əraziyə cəlb edilib.
Yanğının baş verdiyi ərazi sərhəd bölgəsi olduğundan Dövlət Sərhəd Xidməti canlı qüvvə ilə kömək göstərib. Həmçinin yanğının söndürülməsində Burunqovaq kəndinin 20 nəfər sakini də yaxından iştirak edib.
Yanğının yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsi nəzərə alınaraq iyulun 8-də səhər saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat