"Sanksiya uzunmüddətli olsa, Moskva yeni bazar axtaracaq"





"Qərbin "əməyi” nəticəsində Rusiya iqtisadiyyatı ümumdünya iqtisadiyyatına çox inteqrasiya edilmədi”.

Bu barədə "Sherg.az”a politoloq İlqar Vəlizadə bildirib. 

Onun sözlərinə görə, məhdudiyyətlər olduğundan Rusiyanın müxtəlif məhsulları Qərb bazarlarına gedib çatmırdı:

"Daha çox Rusiyanın xammalı Qərb bazarlarında yer alırdı. Sanksiyalar tətbiq olunduqda isə xammal istehsalçılarından başqa, digər sahibkarlar o qədər də təsir görmədi. Bu səbəbdən Rusiya istehsalçılarının əksəriyyəti sanksiyalardan təsirlənmir.

Xammal sahələrində sanksiyaların mənfi nəticələri hiss olunsa belə, Rusiya buna tab gətirə bilər. Bu sanksiyalar uzunmüddətli strategiyaya hesablansa, rəsmi Moskva ölkədə istehsal olunan malları satmağa yeni bazar axtaracaq. 

Ona görə, uzun müddət Rusiya sanksiyalara tab gətirə bilir. İndi tətbiq edilən sanksiyaların da Rusiya iqtisadiyyatına ciddi təsir edəcəyini düşünmürəm”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, ABŞ rusiyalıları dövlət başçısını "yanlış" seçdiklərinə görə cəzalandırmaq istəyir. Nazir bildirib ki, Rusiya qərbin tətbiq etdiyi sanksiyalara tab gətirəcək.

Aysel Aslan