Sarkisyan dalana dirənib, İrəvan çalxalanır

Etirazçılar prezidentin təklifini rədd ediblər və böyük aksiya davam edir
Ermənistanda "Talana son" şüarı ilə keçirilən böyük etiraz aksiyası hələ də davam edir. ANS PRESS-in məlumatına görə, minlərlə sakin azadlıq meydanına yığışaraq hökümətin istefasını tələb edir.
Ermənistan prezidenti Serj Sarkisyan elektrik enerjisinin tarfinin bahalaşmasına qarşı keçirilən yürüşün 3-4 fəalını qəbul etməyə hazırdır. Amma etirazçıların qalan hisssi Azadlıq meydanına qayıtmalıdır. Bu barədə etiraz aksiyasının iştirakçılarına İrəvan polisinin rəis müavini Valeri Osipyan bildirib.
Ancaq etirazçılar bu təklifi rədd ediblər və böyük aksiya davam edir.