O, prezidentlər səviyyəsində ümumiyyətlə hansısa təmasın alınmasını istəmir
Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində həmkarı Jan-Mark
Eyro ilə görüşüb. Görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar
prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər danışıqlar prosesinin
məntiqli və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Nazir Elmar Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş "3+2” formatındakı görüş
təklifini qəbul etdiyini bildirib. Xatırladaq ki, sözügedən görüş dekabr ayının 8-də Almaniyanın
Hamburq şəhərində keçiriləcək. Bu barədə "Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru
Elman Nəsirov görüşün baş tutmasını istisna etməyib. Amma politoloq deyib ki, baş verən son
proseslər və düşmən tərəfin mövqeyi xüsusi nikbinlik üçün heç bir əsas vermir:
"Serj Sarkisyan rus mətbuatına verdiyi müsahibəsində bildirdi ki, Ermənistan dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma bununla yanaşı, erməni rəhbər vurğuladı ki, ərazi bütövlüyü
məsələsi xalqların öz müqəddəratını həll etmə prinsipi ilə ziddiyyət təşkil etmir. Ona görə də
Qarabağdakı ermənilər öz seçimlərini edə bilərlər. Beləliklə, Sarkisyan guya beynəlxalq
hüququn ərazi bütövlüyü müddəasına hörmət etdiyini dünya ictimaiyyətinə sırımağa çalışdı.
Əslində bəyanatların hamısı Sarkisyanın siyasi oyunudur. O çalışır ki, Dağlıq Qarabağ
Azərbaycanın nəzarətindən çıxsın və təkcə de-fakto deyil, həm də de-yure tanınsın. Bir qədər də
açıq desək, Ermənistan prezidenti münaqişənin həllini xalqların öz müqəddəratını müəyyən
etməsində görürlər. Yəni düşmən tərəf faktiki olaraq Azərbaycanda ikinci erməni dövlətinin
yaranmasını istəyir. Ancaq rəsmi Bakı məsələ ilə bağlı konkret mövqeyini ortaya qoyub. Ali Baş
Komandan İlham Əliyevin dəyişməz mövqeyi ondan ibarətdir ki, Azərbaycan torpaqlarında heç
vaxt ikinci erməni dövləti yaranmayacaq. Erməni xalqı bir dəfə öz hüququndan istifadə edərək
dövlətini qurub. Bunun ikincisi erməni xülyasıdır və reallaşması mümkünsüzdür. Dağlıq
Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilə bilər.
Düşmənə bundan artıq heç bir güzəşt olmayacaq”.
E.Nəsirov bildirib ki, Ermənistan Prezidenti bulanıq suda balıq tutmaqla məşğuldur:
"Sarkisyan hər fürsətdə vəziyyəti gərginləşdirir. Bilərəkdən elə bəyanatlarla çıxış edir ki, qarşıdan gələn Hamburq görüşü baş tutmasın, tutsa da, nəticəsi olmasın. Prezidentlər səviyyəsində isə
ümumiyyətlə hansısa təmasın alınmasını istəmir”. Ekspertə görə, Azərbaycan durmadan
güclənmə siyasətini yerinə yetirir: "Ötən gün genişmiqyaslı hərbi təlimlər keçirildi. Biz hər
zaman müharibəyə hazır olmalıyıq. Hadisələrin gedişatı göstərir ki, nə Ermənistan, nə də onları
himayə edənlər "aprel döyüşündən” lazımi nəticə çıxara bilib. Düşmənin ambisiyaları hərbi
əməliyyatların yenidən təkrarlanmasına rəvac verir. Amma bu dəfə sadəcə əməliyyatlar deyil,
ümumi müharibədən bəhs edəcəyik”.
İsmayıl