“Seçicici fəallığı və qanun pozuntusu olub-olmadığını araşdırırıq" - Məhərrəm Zülfiqarlı





"Hazırda Seçki Qərargahında 10 nəfərlik qrupla prosesləri müşahidə edirik və qeydlərimizi aparırıq”. Bunu "sherg.az”a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfiqarlı deyib. Referendumun gedişatı ilə bağlı danışan Məhərrəm Zülfiqarlının sözlərinə görə, seçki çox sakit tərzdə, qarşıdurmasız, konstruktiv məcrada keçir: "Seçicici fəallığı və qanun pozuntusu olub-olmadığını araşdırırıq. Əhali fəal şəkildə referendumda iştirak edir. Yerlərdən aldığımız məlumatlar da bunu təsdiq edir. Beynəlxalq müşahidəçilərin izlədiyi məntəqələrdə də seçici fəallığı çox yüksəkdir. Bu onu göstərir ki, Azərbaycan xalqı xarici təzyiqlərə baxmayaraq, öz yolu ilə gedir və dövlətimizin daha da güclənməsinə sahib çıxır. Bu da hər bir vətəndaşda qürur hissi doğurur”.

İsmayıl