
Səfir:“Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ
19:53 22.01.2019
Arxiv
272
Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsimninin şərəfinə "Nəsimi ili” elan olunub. Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunacaq.

Məlum olduğu kimi, Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğrur.
Azərbaycanın hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir. Ölkəmizin Suriya ilə münasibətləri Livandakı səfirliyimiz vasitəsilə tənzimlənir.
Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov Modern.az-a müsahibə verib:
- Cənab səfir, bildiyiniz kimi, 2019-cu il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda "Nəsimi ili” elan olunub. Sərəncamı necə qiymətləndirirsiz? Səfirlik olaraq, Nəsiminin məzarına nəzarət edə bilirsizmi?
- Əvvəla, cənab Prezidentin sərəncamını yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu çox yaxşı təşəbbüsdür. Qaldı ki, Nəsiminin məzarına nəzarət etməyimizə, hazırda Suriyada onun qohumlarının yaşadığını deyə bilərəm. Bildiyiniz kimi, Suriya münaqişə ocağıdır. Açığı, Nəsiminin məzarının olduğu yerə gedib-gəlməyimiz çətindir. Ora səfər etməyimiz bir qədər müşkül məsələdir. Sadəcə, onu söyləyə bilərəm ki, bu günə kimi Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır.
- Vaxtaşırı qohumları ilə əlaqə saxlayıb, real vəziyyət barədə informasiya əldə edə bilirsinizmi?
- Əlbəttə. Bu barədə onun varisləri ilə söhbətlərimiz olur. Onlar da Nəsiminin məzarının normal vəziyyətdə olduğunu söyləyirlər. Təbii ki, münaqişə ocağı gedən ərazidən söhbət gedir. Buna baxmayaraq, məzar dağıdılmayıb. Ona görə də nisbətən normal vəziyyətdə olduğunu söyləmək olar. Həmçinin, Suriyaya gediş-gəlişimiz olmasa da, Nəsiminin qohumları ilə Livanda görüşə bilirik. Çünki Bakıdan birbaşa Suriyaya hava uçuşu yoxdur. Suriyadan Azərbaycana gəlmək istəyənlər belə, Livan ərazisindən keçərək səfərlərini həyata keçirirlər.
- 2019-cu ilin "Nəsimi ili” elan olunması Nəsiminin məzarının Azərbaycana gətirilməsi iddialarını da gündəmə gətirdi. Tarixçilər, ədəbiyyatşünaslar bunun doğru olmadığını bildiriblər. Siz necə düşünürsüz? Nəsiminin məzarı Azərbaycana gətirilməlidirmi?
- Səfirlik olaraq Nəsiminin məzarının Azərbaycana aparılmasını düşünmürük. Səfirlik də dövlət qurumudur. Cənab prezidentin, yaxud da Nazirlər Kabinetinin sərəncamı olarsa, Xarici İşlər Nazirliyi tərəfindən hər hansı göstəriş verilərsə, onu yerinə yetirəcəyik. Qaldı ki, Nəsiminin məzarının Azərbaycana aparılmasının münasib olub-olmamasına, düşünürəm ki, bu barədə alimlər nəsə deyə bilərlər.
- Maraqlıdır, Nəsiminin varisləri 2019-cu ilin "Nəsimi ili” elan olunmasına necə reaksiya verdilər? Bakıya gəlməyi düşünürlərmi?
- Nəsiminin varisləri əlamətdar hadisədən xəbərdardırlar. Bütün lazımi məlumatlar onlara ötürülüb. 2018-ci ilin sentyabrında Azərbaycanda Humanitar Forum keçirilmişdi. Həmin Forumda Nəsiminin qohumları da iştirak edib. Bakıda olarkən bu barədə onlarla ətraflı söhbət də aparılıb. Hazırda onların 2019-cu ildə Azərbaycana səfər edəcəkləri barədə nəsə söyləyə bilmərəm. Güman ki, Azərbaycanda hər hansı beynəlxalq tədbir keçiriləcəyi təqdirdə onlar da dəvət olunacaq və Nəsiminin yadigarları olaraq bu dəvətdən məmnuniyyətlə istifadə edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol