"Şəhid olan atasının arxasınca "ata" deyə ağlayır"







Türkiyənin məşhur aktyoru, komediya ustası, "Recep İvedik" obrazı ilə məşhurlaşan Şahan Gökbakar sosial şəbəkədə kövrək paylaşım edib.

Milli.Az xəbər verir ki, o, İnstaqram-da şəhid olan atasının arxasınca "ata" deyə qışqıran uşağın şəklini paylaşaraq yazıb:

"Ürəyim ağrıyır. Şəhid olan atasının arxasından "ata" deyə ağlayaraq qışqırır. Sən və sənin kimi balaları yetim qoyanlar bəlaların ən ağırına düçar olsun. Allah bu ölkəni qorumaq üçün bütün güclərini sərf edən dövlət qulluqçularını qorusun. Allah şəhid olan əsgər, zabit və polislərimizə rəhmət eləsin"