Şəhidin atası alqışlayır: "Prezidentin bu nəcib addımı maddi dəstəkdən çox, mənəvi dəstəkdir"





"Prezident İlham Əliyev və ölkənin birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya şəhidlərə və şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq ifadə edirəm".

Bu sözləri "Sherg.az"a Ağstafadan olan şəhid Cıdırov Şakir Yadigar oğlunun atası Cıdırov Yadigar Mutu oğlu deyib.

Y. Cıdırov vurğulayıb ki, bu nəcib addım onlara maddi dəstəkdən çox,mənəvi dəstəkdir:

"Artıq şahidi oldum ki, bu ölkə, bu dövlət vətən yolunda, torpaq uğurunda canından keçənlərə böyük qayğı göstərir. Tək mən deyil, bütün insanlarımız gördü ki, ölkə başçısı şəhid ailələrinə necə həssas və diqqətcil yanaşır. İnanın ki, bu qərar insanlarda ruh yüksəkliyi yaratdı.

Əvvəllər bəziləri düşünürdü ki, şəhidlərə və onların ailələrinə dəyər verilmir. Amma məlum maddi və mənəvi dəstəkdən sonra aydın oldu ki, bu, heç də elə deyil. Prezident həmişə öz vətəndaşının qayğısına qalır, öz şəhidinə, onun ailəsinə böyük qayğı və sayğı göstərir. Bir daha söyləyirəm ki, ölkə başçısının məlum humanist addımını alqışlayıram".  

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bir neçə şəhidin vərəsəsinə bu ödəmələr edilib.

Ayyət Əhməd