Şəhidin qardaşı razıdır: " Prezident bizi hər zaman yada salır... "





"Allah Prezidentimizin ömrünü uzun eləsin, ondan çox razıyıq".

Bunu "Sherg.az"a Ağcabədidən olan şəhid Quliyev Xaləddin Yasir oğlunun qardaşı Quliyev Əlibala yasir oğlu deyib.

O dövlətdən və dövlətin başçısından həmişə diqqət, qayğı gördüklərini qeyd edib:

"Prezident bizi hər zaman yada salır, qayğılarımızla maraqlanır. Şəhid qardaşı olaraq bu nəcib addıma görə, Prezidentə və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq ifadə edirəm".


Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Ayyət Əhməd