Şəhidlərimizə hörmət ən yüksək səviyyədədir
Vərəsələr və yaxınları Prezidentin diqqət və qayğısını hər an hiss edirlər
Ölkə başçısının şəhid ailələrinə hər zaman diqqətinin şahidi olmuşuq. İmzalanan fərman və sərəncamlar, görülən bütün işlər bunu bir daha sübut edir. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın unudulmaması, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir.
Göstərilən diqqət və qayğıya görə şəhidlərimizin ailə üzvləri prezidentə öz minnətdarlıqlarını bildiriblər.
Ağdamdan olan şəhid Həsənov Telman Xasay oğlunun qardaşı Həsənov Şirvan Xasay oğlunun sözlərinə görə, ölkə başçısı heç vaxt şəhid ailələrindən öz qayğısını əsirgəməyib:
"Cənab prezidentimizə göstərdiyi qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Ölkə başçısının bu addımı xalqımızda vətənpərvərlik ruhunun daha da yüksəlməsinə şərait yaradır. Prezidentin şəhid ailələrinə birdəfəlik yardımı hər birimizin maddi rifahını yaxşılaşdırdı. Bütün bunlar dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının nümunəsidir. Bir daha cənab prezidentə ailəmiz adından təşəkkürlərimi bildirirəm. Bundan sonra dövlətimiz inkişaf edəcək və biz çiçəklənən Azərbaycan uğrunda irəli gedəcəyik”.
1993-cü ilin 9 fevralında Xocavənd rayonunun Nərgiztəpə istiqamətində gedən döyüşlərdə şəhid olan Məmmədov Hafizin atası Məmmədov Baloğlan Məhəmməd oğlu:
"Dövlət başçısı cənab İlham Əliyevə hər zaman minnətdar olmuşuq. Bu gün də təşəkkür edirik. Prezident imzaladığı sərəncamla şəhid ailələri üçün çox böyük bir addım atdı. Dövlət şəhid ailələrini hər zaman diqqətdə saxlayıb. "Ötən illər ərzində hər an dövlətin, şəxsən hörmətli Prezidentin diqqət və qayğısını üzərimizdə hiss etmişik. Heç vaxt bizə biganə olmayıblar. Növbəti dəfə bizə 11 manat vəsait verilməsi çox humanist addımdır. Allah Prezidentimizə can sağlığı versin, dövlətimizin bayrağını uca etsin. Dövlət rəhbəri şəxsən özü şəhid ailələri ilə maraqlanırsa, bundan artıq bizə nə lazımdır?! Heç bir xarici dövlətdə belə addım atılmayıb. Ancaq hörmətli Prezidentimizin şəxsi təşəbbüsü ilə Azərbaycanda şəhid ailələrinə yardım edilir”.
Şəhid vərəsəsi sənədləşmə işinin bitdiyini, yaxın günlərdə vəsaiti alacaqlarını deyib: "Verilən məbləğ çox böyükdür və bizi qane edir”.
Tərtərdən olan şəhid Məmmədov Fəxrəddin Sabir oğlunun anası Məmmədova Qənirə Bəhlul qızı:
"Ölkə başçısı İlham Əliyev şəhid ailələrinə, qazilərə və Qarabağ əlillərinə hər zaman böyük diqqət göstərib. Şəhid anası diqqətə çatdırıb ki, Prezidentin bu humanist qərarı təqdirəlayiqdir: "Allah prezidentimizə və xanımı Mehriban Əliyevaya möhkəm can sağlığı versin. Ölkə başçısının bu humanist addımının bizə çox böyük dəstəyi oldu. Prezident hər zaman bizə qayğı göstərib. Bu dəstək sosial şəraitimizi və ya sosial müdafiəmizi yaxşılaşdırır. İndi də şəhid ailələrinə birdəfəlik 11 min manat ödəniş olunur. Bu, çox yaxşı addımdır. Prezidentə təşəkkür edirəm”.
Ağdam rayonundan olan şəhid Səfərov Yaşar Saday oğlunun həyat yoldaşı Səfərova Ətlas İdris qızı bildirib ki, Prezident İlham Əliyevin şəhidlərə, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət gənc nəsildə vətənpərvərlik ruhunu daha da gücləndirir.
Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını deyən Ə.Səfərova qeyd edib ki, cənab Prezidentin bu addımı onun xalqına, millətinə olan sevgisindən irəli gəlir:
"Allah cənab prezidentin canını sağ eləsin. Ölkə başçısı şəhid ailələrinə və qazilərə hər zaman diqqət, qayğı göstərib. İnanıram ki, bu dəstək gələcəkdə də göstəriləcək. İndi də şəhid ailələrinə birdəfəlik 11 min manat ödəniş olunur. Bu vəsait sosial şəraitimizin yaxşılaşmasında böyük rol oynayacaq.
Bir çox problemimizi həll edəcəyik. Bu cür diqqətə, qayğıya görə cənab Prezidentə minnətdaram”.
Şəmkirdən şəhid hərbi qulluqçu Xasməmmədov Fazil Əjdər oğlunun vərəsəsi olan bacısı Məmmədova Aybəniz ölkə başçısının hər zaman şəhid ailələrinə böyük diqqət və qayğı göstərdiyini deyib.
Şəhid vərəsəsi prezidentin bu humanist addımının bütün şəhid ailələri tərəfindən məmnunluqla qarşılandığını diqqətə çatdırıb.
Şəhid bacısı olması ilə fəxr edən xanım Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin problemlərinin həlli istiqamətində atılan digər addımları da yüksək qiymətləndirir:
"Şəhid ailələrinə göstərdiyi bu yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz adımdan və ailəmiz adından təşəkkürümü bildirirəm. Fikrimcə, ölkə başçısının bu addımı gənclərdə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə xidmət edir. Bu dəstək sosial şəraitimizi və ya sosial müdafiəmizi yaxşılaşdırır”.
1994-cü ilin yanvarın 2-si Kəlbəcər rayonunda, Murovdağın Meydançay bölgəsində şəhid olmuş Aydınov Rəfi Telman oğlunun həyat yoldaşı Aydınova İradə Təhməz qızı: "Müəyyən problemlərimiz var idi və belə məqamda dövlət tərəfindən verilən 11 min vəsait bizə çox böyük kömək oldu, əlimizdən tutdu”.
Şəhidin həyat yoldaşı onlar üçün ayrılan vəsaiti aldıqlarını bildirib:
"Dövlət başçısı İlham Əliyevə çox minnətdarıq. Hər zaman qayğı və diqqətdən razı olmuşuq, bu gün də çox razıyıq. Bütün ailəmiz adından cənab Prezidentə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik. Şəhidlərimizə hörmət ən yüksək səviyyədədir. Ölkə rəhbəri tərəfindən verilən Sərəncam da bunu göstərir”.
Yeganə Bayramova