Səhiyyə Nazirliyinin sözçüsü "Sherg.az" vasitəsilə əhaliyə MÜRACİƏT EDİB...
10:07 04.07.2018
Arxiv
928
"Bu cür fövqəladə hallarda, yollarda tıxac yarandıqda mümkün qədər təcili tibbi yardım maşınlarına yol verin"
"Paytaxtın yollarında işıqforları işləmir və bu səbəbdən təcili tibbi yardım maşınları gecikib".
Bunu "Sherg.az"a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib.
Qurum sözçüsü qeyd edib ki, tıxac yaranan hissələrdə təcili tibbi yardım avtomobillərinə yol verilmədiyinə görə, onlar müraciətlərə operativ yetişə bilməyiblər:
"Həmçinin xəstəxanaya çatdırılmalı olan xəstələr də təcili tibbi yardım maşınlarında tıxacda qalıb. Buna görə, əhaliyə sizin sayt vasitəsilə müraciət edirik. Bu cür fövqəladə hallarda, yollarda tıxac yarandıqda mümkün qədər təcili tibbi yardım maşınlarına yol verin. Bir vətəndaş olaraq düşünsək, ola bilər, həmin təcili yardım avtomobilləri sizin yaxınlarınızı xilas etməyə yollanıb.
Tıxacda qalan təcili tibbi yardım maşınlarının metro stansiyalarına gecikməsi nəticəsində ağır vəziyyətə düşən, dünyasını dəyişən xəstələr də ola bilərdi. Amma bütün bunlara rəğmən, metroda qalan vətəndaşların, polislərin fədakarlıq göstərməsi nəticəsində, yaşlılar, qadınlar və uşaqlar, hamilə qadınlar, tibbi problemi olan şəxslər metro tunellərindən çıxarılıb. Həkimlərin işinə yardım edənlər də olub. Yaranmış vəziyyət nəticəsində ölüm halı baş verməyib”.
Nazirliyin sözçüsü onu da əlavə edib ki, bu gün yerüstü nəqliyyatda sərnişin daşınmasında problemlər yaşanmadığından xəstəxanalara müraciət olunmayıb:
"Metro fəaliyyətini müvəqqəti dayandırsa da, marşrut sistemi intensiv fəaliyyət göstərir. Bu gün hələlik avtobuslarda və küçədə halı pisləşən, təcili tibbi yardım briqadasına, xəstəxanalara müraciət edən olmayıb”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat