Səlim Müslümov: "İşsizlərin işlə təmin olunması istiqamətində addımlar atılır"
12:43 08.02.2016
Arxiv
765
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işləri çərçivəsində Bakıda keçirilən "Məşğulluq siyasəti” mövzusunda təlim-seminarda iştirak etmək üçün Azərbayvanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmisi Aurelio Parisotto ilə görüşüb.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, S.Müslümov ölkədə makroiqtisadi sabitlik və inkişaf dinamikasına nail olunması üçün əhalinin məşğulluq səviyyəsinin artırılmasının, layiqli əməyin təminatının əsas hədəflərdən biri olduğunu vurğulayıb.
Nazir ötən dövrdə respublikada iqtisadi inkişafın təmin olunması, o cümlədən qeyri-neft sektorunun genişlənməsi, özəl sektorun dəstəklənməsi, çoxsaylı yeni iş yerlərinin yaradılması şəraitində əmək bazarında sabitliyin əldə edildiyini, məşğulluq səviyyəsinin yüksəldiyini diqqətə çatdırıb: "Hazırda ölkəmizdə qlobal iqtisadi böhranın kəskinləşməsinin mənfi təsirlərinə qarşı milli iqtisadiyyatın dayanıqlığı təmin olunur. Bu məqsədlə dövlət başçısı tərəfindən həyata keçirilən və postneft dövründə də iqtisadi artıma, xüsusən qeyri-neft iqtisadiyyatının genişlənməsinə yönələn islahatlar kursu ilk növbədə əhalinin sosial müdafiəsinin və məşğulluq tədbirlərinin gücləndirilməsini nəzərdə tutur. İşəgötürənlərlə daha fəal əməkdaşlıq şəraitində, çoxsaylı iş yerləri yaradılmaqla, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində müvafiq addımlar atılır. Ölkənin hazırlanmaqda olan yeni Məşğulluq Konsepsiyası layihəsində də sosial tərəfdaşlıq müstəvisində bu istiqamətdə məqsədyönlü və səmərəli tədbirlər kompleksi əksini tapacaq”.
Əmək və məşğulluq sahəsində dövlət siyasətinin hazırlanması və təkmilləşdirilməsi işlərində BƏT-lə əməkdaşlığa toxunan S.Müslümov ötən dövrdə Azərbaycanın BƏT-in ümumilikdə 57 Konvensiyasına qoşulduğunu bildirib: "Azərbaycan BƏT-in əmək və məşğulluq, o cümlədən gənclərin məşğulluğu üzrə təşəbbüs və layihələrində fəal iştirak edir. Son illərdə Azərbaycan "MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” adlı Texniki Əməkdaşlıq layihəsinə də qoşulub. Bu təşkilatla əməkdaşlığımızı yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması işlərində də davam etdirir və bu sahədə BƏT-in ekspert dəstəyinə xüsusi önəm veririk”.
A.Parisotto təmsil etdiyi təşkilatın Azərbaycanla uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edən A.Parisotto ölkəmizdə yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında da BƏT-in fəal dəstək vermək niyyətində olduğunu qeyd edib.
Görüşdə Azərbaycanla BƏT arasında əməkdaşlıq sahələrində görülən işlər, yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat