
Sərhəddə partladılan maşın Azərbaycana gəlirmiş
21:57 23.02.2016
Arxiv
733
İstintaq zamanı terror aktının təfərrüatları məlum olub

Azərbaycan-Rusiya sərhədi yaxınlığında Dərbənd şəhərindəki Cəmikənd patrul postunda baş vermiş partlayışın bəzi təfərrüatları məlum olub.
ANS PRESS-in məlumatına görə, fevralın 15-də baş vermiş partlayışda iştirak edən, yəni həmin terror aktını törədən 25 yaşlı Maqomedali Murliyev əslində avtomaşınına partlayıcının yüklənməsindən xəbərsiz olub.
İstintaq zamanı məlum olub ki, Murliyev idarə etdiyi partlayıcı yüklü maşınla Azərbaycana gəlirmiş. Son vaxtlara qədər Murliyev daxil olduğu qruplaşmanın üzvləri ilə birlikdə meşələrdə gizlənirdi.
Murliyev atışmalardan birində yaralanıb və tibbi yardıma ehtiyacı olub. Tərəfdaşları Murliyevə vəd ediblər ki, onun Azərbaycana qaçmasına şərait yaradacaqlar. Fevralın 15-də onu Azərbaycana keçmək adı altında "VAZ 2109” avtomobilində yola salıblar.
Maqomedali Murliyevin maşında bomba yerləşdirilməsindən xəbəri olmayıb. Avtomobil patrul postuna yaxınlaşanda partlayıcı məsafədən işə salınıb.
Murliyevin qardaşı Feliks Murliyev deyib ki, qardaşı meşələrdə gizlənməkdən yorulmuşdu və ya hüquq-mühafizə orqanlarına təslim olmağı, ya Suriyaya getməyi düşünürdü.
Fevralın 15-də "VAZ 2109” markalı avtomobil səhər saatlarında Dərbənd yaxınlığındakı yol-patrul postunda partladılıb. Nəticədə iki polis əməkdaşı və iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.
Terror aktı nəticəsində Rusiya-Azərbaycan avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb. Daha sonra partlayışı Dağıstanın cənubuna fəaliyyət göstərən, İŞİD terror qruplaşmasına biət etmiş yaraqlı qruplaşmasının törətdiyi açıqlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya