Sərhədləri “soyqırım” iddiası və Qarabağın işğalı bağlayıb
05:39 31.07.2018
Arxiv
740
Paşinyan Türkiyə ilə yaxınlaşmaq istəyirsə, iddialara və işğalçılığa son qoymalıdır
"Ermənistan ilkin şərt olmadan Türkiyə ilə sərhədi açmağa hazırdır”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Türkiyə ilə münasibətlərdən danışan baş nazir bildirib ki, sərhədlərin açılması ilə bağlı qərarı Ankara hökuməti özü verməlidir.
Çünki sərhəd Türkiyə tərəfindən bağlanıb: "Bizim tərəfdə sərhəd hər zaman açıq olub. Sərhədlərin açılması barədə Türkiyə qərar qəbul edib. Ona görə də addımı türklər atmalıdır”. Məlumdur ki, Türkiyə tərəfi Dağlıq Qarabağ münaqişəsindən dolayı işğalçı Ermənistanla sərhədlərini bağlayıb. Qardaş ölkə yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsi şərti ilə Ermənistanla sərhədlərin açılmasına razılıq verib. Ekspertlərə görə, Paşinyanın Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini qeyd etməsi və ilkin şərt tələbinin olmaması düşmən ölkənin çətin duruma düşdüyünün göstəricisidir.
Ermənistan baş nazirinin sözlərini "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, illər öncə keçmiş prezident Serj Sarkisyan bunu reallaşdırmağa çalışsa da, Rusiyanın güclü təzyiqləri ilə Türkiyəyə qarşı şərtlər irəli sürməyə məcbur oldu:
"Ermənistan qondarma soyqırım kampaniyasından əl çəkmədiyi üçün proses başlamadan dayandırıldı. Nikol Paşinyan hakimiyyətə gəlməmişdən öncə meydanlardakı çıxışlarında bu sayaq bəyanatlar vermişdi. O, baş nazir postuna yiyələndikdən sonra ölkədə hakimiyyətin bütün qollarında yerləşmiş "Qarabağ klanı”nı zəiflətmək kusrsunu götürdü. Bu dalğada klan üzvlərinin təqibi başladıldı. Bir neçə yüksək çinli hərbiçinin həbsi reallaşdı. Keçmiş prezident Robert Koçaryanın da həbsi bu planın tərkib hissəsidir. Koçaryanın həbsi "Qarabağ klanı”na ağır zərbədir. Rusiya isə bu həbslərdən bərk narazıdır. 2008-ci ilin prezident seçkiləri zamanı İrəvanda nümayişçilərin qanı töküldü. Koçaryanın həbs qərarı gələcəkdə Serj Sarkisyanın həbsinə də yol aça bilər. Ona görə də Rusiya uzun illər ona xidmət etmiş klan üzvlərini qorumaq niyyətini göstərəcək. Böyük ehtimalla "Qazprom”un Ermənistana satdığı qazın qiymətlərini qaldırmaq barədə bəyanatları bu narazılıqların tərkib hissələrindən biridir. Yəni regionda sabit sülhün yaranması və Ermənistanın normal inkişafı üçün yeganə doğru addım Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır”.
Analitik bəyan edib ki, sərhədlərin bağlı olması Paşinyanın da qeyd etdiyi kimi, birtərəfli qaydada tətbiq olunub və birbaşa Türkiyənin təşəbbüsüdür:
"Bunun əsas səbəbi Ermənistanın Dağlıq Qarabağın işğalınıdan əl çəkməməsi və bu mövzuda bütün danışıqlarda destruktiv mövqe tutmasıdır. Rusiya Ermənistana təzyiqləri gücləndirdiyi vaxtda Paşinyanın Türkiyəyə yaxınlaşmaq istəməsi yaxşı haldır. Əgər Ermənistan "soyqırım” kampaniyasını dayandırarsa, Türkiyənin ilkin olaraq sərhədləri açması mümkün görünür. Lakin böyük iqtisadi əlaqələrin qurulması təbii ki, regionda sabit hərbi-siyasi vəziyyətin yaranmasından sonra mümkündür. Paşinyan heç bir şərt irəli sürmədən sərhədlərin açılmasını səsləndirsə belə bu heç də şərtsiz olacağı anlamına gəlmir. Baş nazir bunu anlayır. Lakin görünür, öz tərəfindən müəyyən addımlar atmağa hazırdır. Sərhədlərin açılışından dərhal sonra Ermənistan işğal altında olan bir neçə rayonun qaytarılması prosesinə başlamalıdır. Bundan sonra isə regionda davamlı sülhün başlanması prosesi gedə bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya