Sərkisyan: “Ermənistan müharibədən qorxur”




"Gözlənilməz insidentlər vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər. Bu isə bizi təbii ki, narahat edir. Ermənistan müharibədən qorxur. Şəxsən mən özüm də müharibədən qorxuram. Lakin mən döyüşməkdən çəkinmirəm”.

Virtualaz.org saytı xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan deyib.

S.Sərkisyan martın 21-də Fransanın "France 24” telekanalına verdiyi müsahibəsində Qarabağ cəbhəsindəki vəziyyəti şərh edib.

S.Sərkisyan əlavə edib ki, irimiqyaslı hərbi əməliyyatlar istənilən an, hər dəqiqə başlaya bilər. Bununla belə o, iddia edib ki, Ermənistan istənilən hücumu dəf etməyə hazırdır.