"Sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə girmək qəti olmaz"
10:58 09.06.2017
Arxiv
562
"Sərnişindaşıma qaydalarına görə, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün sərnişindaşıma avtobusları içərisində sərnişin olarsa, yanacaqdoldurma məntəqələrinə daxil olmamalıdır”.
Bunu Sherg.az-a sürücülərin sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olmağına münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
O bildirib ki, müəyyən olunmuş qaydalarda birmənalı şəkildə sürücülərə buna icazə verilmir:
"Bu, hər yerdə göstərilir və mətbuatda da dəfələrlə ifadə olunub. Səmimi deyək ki, əksər sürücülər buna əməl edir. Bəzən ola bilər avtobusun yanacağı çatmır məcbur qalıb, bunu edir. Amma bu zaman "dispetçer"lə əlaqə saxlamalı, marşrutun xətdən kənarlaşdırılmasını, yanacaqla təmin olunmasını istəməlidir. Sonra öz vaxtında marşruta daxil ola bilər. Sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə girmək qəti olmaz.
Bu, həm ümumi nəqliyyat nizamnaməsində, həm də sərnişindaşıma qaydalarında ifadə olunub. Bəzi səhlənkar sürücülər buna yol verir. Bakı Nəqliyyat Agentliyi isə belə halların qarşısını almağa çalışır. Həmin sürücülərlə əvvəl iş aparılmalı, sonra isə qanunu pozan sürücülər cəzalandırılmalıdır. Elə vəziyyətlər olur, sürücülərin təqsiri olmayan hallardan baş verir. Amma birbaşa sürücünün subyektiv təqsiri ucbatından baş verən vəziyyətlərə yol verilməməlidir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaxın 4 ildə müdafiə və milli təhlükəsizlik xərcləri azaldılacaq
18:16 15.04.2026
Aktual
Azərbaycan qlobal maraqların kəsişdiyi mərkəz olur - ŞƏRH
17:57 15.04.2026
Siyasət
Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirilib
17:46 15.04.2026
Gündəm
Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkəyə başsağlığı verdi
17:02 15.04.2026
Aktual
Bu tədbirlərdə siqaretdən istifadə qadağan olundu
17:00 15.04.2026
Gündəm
İndoneziya səfiri Xankəndiyə səfər edib - FOTO
16:54 15.04.2026
Gündəm
Şəhərlər piyadaya yox, avtomobillərə uyğun qurulur - Mütəxəssis
16:47 15.04.2026
Aktual
Cənubi Qafqazda böyük güc savaşı başlayır - POLİTOLOQ
16:30 15.04.2026
Cənubi Qafqaz
Tramp: Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq
16:18 15.04.2026
Siyasət
Starmer: İranla müharibəyə girməyəcəyik
16:13 15.04.2026
Gündəm
Tülpanların fəryadı
15:45 15.04.2026
Cəmiyyət
Milli Məclisdə görüş keçirildi
15:30 15.04.2026
Gündəm
Paşinyan: TRIPP layihəsi icra mərhələsinə keçir
15:22 15.04.2026
Gündəm