"Şərq" qəzetindən "Xalq Cəbhəsi"nə təbrik...





Hörmətli Elçin bəy!

1990-cı ildən sonra Azərbaycan istiqlalının bərpası və qorunmasında bilavasitə iştirak edən bir neçə mətbuat orqanının adını çəkmək lazım olsa, düşünürük ki, bu sırada adı sadalanacaq qəzetlərdən biri «Xalq Cəbhəsi» qəzetidir.

İstiqlal ideyası, müstəqilliyin davamlı olması «Xalq Cəbhəsi»nin əsas ideoloji xətti və ideya istiqamətlərindən biri və bəlkə də birincisidir. Şübhə yoxdur ki, bu gün qəzetin 15 yaşının tamamında dönüb arxaya baxdıqda qürur hissi keçirirsiniz. Bu da təbii ki, Sizin halal haqqınızdır.
Bu illər ərzində Sizin rəhbərliyiniz sayəsində bitkin bir yaradıcı kollektiv formalaşıb. Jurnalistika ənənələrinə hörmət «Xalq Cəbhəsi»nin səhifələrində həmişə qorunub və bu gün də qorunur.
Bu yol bizim yolumuzdur.

Bu yol Məhəmməd Əmin Rəsulzadədən başlayan, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy və ümummilli lider Heydər Əliyevlə davam etdirilən müqəddəs bir yoldur.
Yolunuz açıq olsun, əziz həmkarlar.

«Şərq»çilər adından Sizi bu gözəl gün münasibətilə təbrik edir, qələminizə qüvvət deyirik.

Hörmətlə, Akif Aşırlı.