SƏRT ETİRAZ: "Şəhid bulağına sayğac quraşdırmaq olmaz ! "




"Şəhid bulaqları xalqın bulağıdır, onlara sayğac quraşdırmaq olmaz".

Bunu Sherg.az-a Mingəçevirdə şəhidin adını daşıyan bulağa sayğac quraşdırılmasından danışarkən tarixçi millət vəkili Fəzail İbrahimli deyib. 

O bildirib ki, bu, hansısa məmurun özbaşınalığıdır:

"Bulaq kənd üçün qoyulur ki, ondan istifadə olunsun. Şəhid vətən uğrunda canını qurban verən igiddir. Düşünürəm ki, aidiyyatı qurumların məsələdən xəbəri yoxdur. Hətta su məsələsinə baxan dairələr bunu bilmir. Problem gündəmə gəldikdə hansısa məmurun özbaşınalığı olduğunu görəcəksiniz. Bu, qazanc məqsədi güdən məsələdir. Düşünürəm ki, aidiyyatı qurumlar məsələyə münasibət bildirəcək”.

F.İbrahimli onu əlavə edib ki, bunu müvafiq qurumlarla əlaqə yaradıb, aradan qaldırmaq olar: 

"Bunu ictimai rəy tənzimləməlidir".

Ayyət Əhməd