Sərxan "Maşın"dan getdi - Böyük final başladı




"Hind kinosu" devizi ilə yayınlanan "Maşın" şounun finalçıları bəlli olub.

Musavat.com xəbər verir ki, səsverməyə aparıcı Ranar Musayev çıxıb. O, oyun boyu hədəfinin Sərxan Kərəmoğlu ilə Xəyalə Quliyeva olduğunu deyib. Aparıcı bildirib ki, Səmra Rəhimli dostu olduğu üçün onu oyundan uzaqlaşdırmayacaq.

Sonda 79.74 faiz səs toplayan Ranar oyunda qalıb. Onun seçimi Sərxan Kərəmoğlu olub.

Qeyd edək ki, hazırda şouda mübarizəni Səmra Rəhimli, aparıcı Ranar Musayev və Xəyalə Quliyeva davam etdirir.