Səudiyyə iş adamı Ivanka Trampı istədi

İlk xaric səfərini Səudiyyə Ərəbistanına reallaşdıran ABŞ prezidenti Donald Trampdan Səudiyyə bir iş adamı çəkdiyi video ilə Trampın qızı Ivankanı istədi. Donald Trampın Səudiyyəyə ziyarəti maraqlı detallarla çox danışıldı.
Donald Trampın həyat yoldaşı Melania Trampın Səudiyyə Ərəbistanına uyğun paltar seçimi, Donald Trampın qılıncla etdiyi rəqs nümayişi, Kral Selmanın Trampa ən üst səviyyədə təqdim etdiyi dəbdəbəli dövlət nişanı deyərkən indi də Ivanka Trampdan danışılır... Atasına Səudiyyə Ərəbistanına ziyarəti zamanı Ivanka Trampı çox bəyənən bir Səudiyyə iş adamı internetdə yaydığı videoyla Ivankanı atası Donald Trumpdan istədi. Adam video qeydində "Mən Bədir Fehd Abdullah. Kral Selmandan Donald Trampın qızı Ivankanı Allahın izni və Peyğəmbərin razılığı ilə mənə istəməsini tələb edirəm” deyib. Ivanka Tramp Jared Kushner ilə 2009-cu ildən evlidir və iki uşaq sahibidir...