Sevgilisini komaya saldı

8 ay yanından bir an ayrılmadı
Çində qəribə hadisələr baş verir. Bu dəfəki daha maraqlıdır. Liu Fenghe adlı şəxs kəllə beyin travması alan sevgilisi Lin Yingyingin komada qaldığı 8 ay müddətində yanından bir an olsun ayrılmayıb.
Xarici mətbuatın xəbərinə görə, o, sevgilisinin tibbi müalicə xərcləri üçün tam 200 yuan, yəni, təxminən 22 min pound xərcləyib. Yingyingin komadan ayıldıqdan sonra yaşadığı dəhşətli hadisə barəsində danışıb. Qadının dediyinə görə, ona şiddət tətbiq edərək beyin travması keçirməsinə səbəb olan adam məhz sevgilisi Liu Fenghe olub. Həkimlər qadının aldığı zədənin 5 mərtəbəli binadan düşən bir insanın aldığı zədə ilə müqayisə ediblər. Məlumata görə, Yingyingi polisə şikayət etmək üçün atası cəsarətləndirib. Gənc qadın onu komaya salan şiddət hadisəsinin ilk olmadığını deyib.