"Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək.
Şəxsiyyət vəsiqəsini təzəcə yeniləmiş şəxslər də yeni nəsil vəsiqələr alacaq? - CAVAB
09:22 26.07.2018
Arxiv
1185
"Bu il sentyabr ayının 1-dən şəxsiyyət vəsiqəsi almaq istəyən, yaxud dəyişdirmək üçün müraciət edən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq olunacaq”.
Bu barədə "Sherg.az”a Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov məlumat verib.
O söyləyib ki, şəxsiyyət vəsiqəsini yeniləmiş şəxslər üçün əvvəlki vəsiqələr qüvvədə qalır:
"Etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqələrinin zərurət olmadığı halda yenilənməsinə ehtiyac yoxdur. Bir müddət əvvəl sürücülük vəsiqələrinin yenilənməsi zamanı elə situasiya yaranmışdı ki, vəsiqəsinin etibarlılıq müddəti bitməyən şəxslər belə yeni sürücülük vəsiqəsi əldə edirdilər. Amma bu, hər kəs üçün mütləq deyil. Bu hər kəsin könüllü atacağı addımdır”.
Yeni nəsil şəxsiyyət vəsiqələrinin əvvəlkilərdən fərqinə gəlincə, A.Allahverənov bildirib ki, bu sənədlərdə şəxsin biometrik informasiyalarını özündə saxlayan xüsusi çiplər olacaq:
"Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək. Ona görə, yeni nəsil vəsiqələr funksionallıq baxımından daha əlverişli sənəddir”.
Qeyd edək ki, Milli Məclisin iyunun 29-u keçirilən iclasında "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq, qəbul edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi üçün lazım olan avadanlıqların artıq ölkəmizdə olduğunu bildirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm