Şiddət gördü: Feysbukda paylaşdı və intihar etdi

Həyat yoldaşının və yaxınlarının şiddətinə məruz qalan 29 yaşlı, bir uşaq anası Fatma Sarıarslan dərman içərək özünü öldürüb.
F.Sarıaslan intihardan öncə özünün feysbuk səhifəsində ona edilən şiddət səbəbindən uzun müddət depressiyada olduğunu yazıb və zorakılığın dəhşətli izlərini özündə əks etdirən fotolarını paylaşıb. Həmin fotolarda Sarıaslanın bədəninin hər yerinin qançır içərisində olduğu aydınca görünür. Fatma Sarıarslan mesajında gördüyü şiddəti bu cür ifadə edib: "Bəlkə hamı bu boşanmada məni günahlandıracaq (milliyet). Amma H-nın dayısı və qızı məni döyərkən H əllərimi tutub zərbə arayışı almamam üçün məni təhdid edirdi ki, "Pilləkənlərdən düşdüm deyəcəksən”. Eyni zamanda onlardan şikayət etsəm, məni boşayacağı ilə təhdid edirdi. Bu saatdan sonra H. deyilən şəxsə nə oğlumun, nə də mənim həyatımda yer var. Artıq bu məsələ haqqında danışmaq belə istəmirəm ... Rəy bildirmək sizə qalıb”.
Qeyd edək ki, hadisə İzmir Altındağ 4281/1 küçəsində baş verib. Haqqında qoruma qərarı olduğu irəli sürülən Fatma Sarıarslanı evində hərəkətsiz vəziyyətdə tapan qohumları dərhal polis və təcili tibbi yardım çağırıblar. Artıq Sarıaslanın öldüyünü müəyyən edən polis və tibb işçiləri qohumlarına onun dərman içərək intihar etdiyini deyib.