Sinəsindən girdi, kürəyindən çıxdı

    
Qaziantepin mərkəzindəki inşaatda suvaqçı işləyən 19 yaşlı gənc tikilidən yıxılıb. Tarazlığını itirən Adem Özçoban tikilinin birinci mərtəbəsindəki pilləkənlardan zirzəmiyə düşüb. Bu zaman yerdə olan dəmir parçalarından biri gəncin sinəsindən girib, kürəyindən çıxıb.
Sinəsinə sancılan dəmiri görənlər şok olub. Özçoban təcili tibbi yardım maşınıyla Qaziantep Universitetinin Təhsil və Tədqiqat İnstitutuna aparılıb. Professor Yəhya Şanlı və onun rəhbərlik etdiyi həkim heyəti tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində dəmir parçasını Özçobanın sinəsindən çıxarmaq mümkün olub.
Əməliyyatdan sonra təhlilləri aparılan Özçoban səhhətinin yaxşı olduğunu deyib: "Tikintidə işləyirdim. Tez qutarsın deyə işimi sürətli edirdim...
Günəşin təsirindən başım fırlandı və yıxıldım. Düşdüyüm yerdə pilləkənin ayağındakı dəmir sinəmə batdı. Sonra buraya gətirdilər, əməliyyat oldum. Tikintilərdə çalışanları diqqətli olmağa çağırıram. İş üçün sürətli işləyirlər, amma özlərinə diqqət etmirlər. Təhlükədən sığortalanmaq üçün hər kəs daha diqqətli olmalıdır”.
Əməliyyatın uğurlu keçdiyini vurğulayan Tibb fakültəsinin dekanı Ləvənt Elbəylinin sözlərinə görə, Özçoban tam təchizatlı bir xəstəxanaya çatdırılmasa, vəziyyəti daha təhlükəli hal ala bilərdi: "Xəstəmiz dünən saat 15:00 radələrində gətirilib. Böyük bir dəmir parçası onun döşündən girərək arxa tərəfindən çıxmışdı. Təcili tibbi yardım xidmətində ilk müdaxilə etdikdən sonra, xəstəmizə bu halda MRDA çəkmədiyimiz üçün təcili əməliyyata aldıq. Professor Doktor Yəhya Şanlının rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatla dəmir çubuq sancıldığı yerdən çıxarılıb. Xəstəmizin sinəsində və ağciyərində yaranan zədə bərpa olunub. Artıq vəziyyəti yaxşıdır. Əgər xəstəmiz bu qədər böyük və imkanı çox olan bir xəstəxanaya gətirilməmiş olsaydı, vəziyyəti daha ciddi olacaqdı”.
Qeyd edək ki, səhhətində heç bir problem olmadığı halda Özçobanın bir neçə gün ərzində xəstəxanadan çıxacağı bildirilib.