Siqaret partladı: Göz qapağı ikiyə bölündü

24 yaşlı ingilis qadın həyatının ən dəhşətli gününü yaşadı. Qadının istifadə etdiyi elektron siqaretin partlaması nəticəsində göz qapağı ikiyə bölündü.
İki uşaq anası olan qadının üzü bir anda qanlar içində tanınmaz hala gəldi. Lakin xoşbəxlikdən onun gözünə ciddi xəsarət dəymədi. Qadının göz qapağı 2 saat çəkən əməliyyatla tikildi. Həkimlər insanları elektron siqaretə qarşı diqqətli olmağa çağırır.