Siqaretdən daha təhlükəli PİYLƏNMƏ: 13 xərçəng növünü yaradır
06:03 13.07.2019
Arxiv
287
Köklük hazırda dörd geniş yayılmış xərçəng növünün yaranmasına siqaretdən daha çox səbəb olur.Lent.az “BBC”-yə istinadla xəbər verir ki, bağırsaq, böyrək, yumurtalıq və qaraciyər xərçəngini daha çox köklük yaradır, nəinki siqaret çəkmək.Bu barədə Britaniya Xərçəng Araşdırmaları xeyriyyə təşkilatının hesabatında bildirilib.Təşkilat milyonlarla insanın artıq çəkisinə görə xərçəng riski daşıdığını və həddindən artıq kök insanların siqaret çəkənləri ikidə bir nisbətində üstələdiyini deyir.Qurumun köklük-xərçəng riskini göstərən yeni reklam bilbordu tənqidlərə səbəb olub.Tənqidçilər deyirlər ki, təşkilatın "Artıq çəki də xərçəng yaradır" cümləsi yazılmış siqaret qutularının rəsimləri əks olunmuş reklamı köklüyü aşağılayır.Britaniya Xərçəng Araşdırmaları isə bu iddiaları rədd edərək bildirir ki, məsələ nə kök insanları günahlandırmaqda, nə də siqaret və köklüyün xərçənglə müqayisə edilməsindədir. Hər ikisi insanların xərçəng riskini artırır.Əslində Britaniyada siqaret xərçəng riskini artıran səbəblər arasında hələ də birincidir.Lakin dörd geniş yayılmış xərçəng növündə səbəb kimi artıq çəkinin adı çəkilir.Hesablamalara görə, hər il 42 min yeni bağırsaq xərçəngi halının yaranmasına 4800 dəfə köklük, 2900 dəfə isə siqaret səbəb olub.Böyrək xərçəngində 12900 haldan 2900-nün səbəbi köklük, 1600-nün səbəbi siqaret olub. 5,900 qaraciyər xərçəngi halına 1300 dəfə köklük, 1200 dəfə siqaret səbəb olub.7500 yumurtalıq xərçəngi halında isə 490 halını artıq çəki, 25 halı isə siqaret yaradıb.Artıq çəki və xərçəng arasında əlaqə təyin edilsə də, onun bioloji mexanizmləri tam aydın deyil.Yağ hüceyrələri əlavə hormonlar yaradır və böyümə faktorları bədənə daha çox bölünmə əmrini verir. Bu xərçəng hüceyrələrinin yaranma şansını artırır.Mütəxəssislər hesab edir ki, fiziki hərəkətlilik də bunda rol oynayır.Birinin artıq çəkili olmasının hələ həmin şəxsin mütləq xərçəng tutacağı anlamına gəlmir, lakin o şəxsin xərçəng olmaq riski artır. Bu risk insanın kökəlməsi və neçə müddət kök qalması ilə də çoxalır.Britaniyalı mütəxəssislərə görə, 13 cür xərçəng köklüklə əlaqəlidir:- döş xərçəngi (menapauzadan sonra)- bağırsaq;- pankreatik;- qida borusu;- qaraciyər;- böyrək;- yuxarı mədə;- öd kisəsi;- bətn;- yumurtalıq;- tiroid;- qan;- beyin xərçəngi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə