Siyavuş Novruzov nazirləri parlamentə çağırdı
09:43 23.02.2016
Arxiv
857
Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov hökumət üzvlərini tənqid edib.
APA-nın məlumatına görə, 2016-cı il büdcəsinin yenilənməsinin müzakirəsi zamanı S. Novruzov deyib ki, iqtisadiyyat, təhsil, kənd təsərrüfatı və digər sahələri təmsil edən nazirlər bu gün iclasda olmalıdırlar.
O qeyd edib ki, bu nazirlərdən kimsə ezamiyyətdədirsə, müavinləri burada olmalıdır: "Bugünkü iclasda büdcəyə yeniliklər, xərclər müzakirə olunur. Hamı ölkədə bu gün büdcə ilə maraqlanır. Maliyyə naziri Samir Şərifov burada çıxış etdi, xərclər barədə məlumat verdi. Amma bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki, ancaq onlar iştirak etsin. Hamının o nazirlərə sualı var. Mənim də sualım var. Amma burda yoxdurlar deyə, verə bilmirəm. Dövlət başçısı bizim qarşımızda yeni tələblər, vəzifələr qoyur. Onların bu cür yanaşması, bu müzakirələrdə iştirak etməməsi, büdcə ilə maraqlanmaması bu mənada düzgün deyil”.
O, spiker Oqtay Əsədova müraciət edərək, iclasın gedişi ərəfəsində o nazirlərin iclasa çağırılması məsələsini qaldırıb.
O. Əsədov isə bildirib ki, deputatın tələbi aidiyyəti üzrə çatdırılacaq: "Amma nəzərə alın ki, onların bəziləri cənab prezidentlə birgə İranda səfərdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya