“Skype”da IV İslam Həmrəyliyi Oyunlarının xüsusi emotikonu yaradıldı
07:53 12.05.2017
Arxiv
468
"Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olan "Microsoft” korporasiyası "Skype” istifadəçiləri üçün sözügedən yarışlara həsr olunmuş yeni emotikonu təqdim edib.
İKT.lent.az-ın xəbərinə görə, "Microsoft”un bu misilsiz təşəbbüsünün məqsədi insanların bütün dünyaya Oyunlar haqqında danışa bilmələri üçün möhtəşəm idman hadisəsinə dəstək olmaqdır.
Bu il "Microsoft” korporasiyası "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə yarışların keçiriləcəyi şəhərdən - Azərbaycan paytaxtından ilhamlanaraq yeni emotikon yaratmaq üçün güclərini birləşdirib. Emotikonda Qobustan və "Alov güllələri”nin ("Flame Towers”) simvolları istifadə olunub. Yenilikdən yararlanmaq üçün mətn sətrində (baku2017) yazmaq və ya paneldə Qobustan simvollu emotikonu seçmək lazımdır ki, daha sonra bu simvolu "Flame Towers” əvəz edir.
"Skype” proqramının təklif etdiyi bütün imkanlardan daim faydalana bilmək üçün "Microsoft” korporasiyası "Windows”, "Mac”, "iPhone”, "iPad”, və "Android” ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir.
Qeyd edək ki, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməmliyyat Komitəsi ilə imzalanan tərəfdaşlıq sazişi çərçivəsində "Microsoft” korporasiyası "Bakı 2017 Skype Zonası” təşəbbüsünü həyata keçirmək məqsədilə texniki proqram təminatı, avadanlıq və brendinqin təminatına cavabdeh olacaq. Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 57 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə video-əlaqə yaradaraq qeyd etmələrinə imkan verəcək. "Bakı 2017 Skype Zonası" idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara Oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı yaradacaq.
Söhbətlər veb-kamera, eləcə də laptop ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq. Əvvəlcə 10 dəqiqə sürən videolar 90 saniyəlik kliplər şəklində montaj olunacaq və "Bakı 2017”nin sosial media kanalları (Facebook.com/baku2017; Twitter.com/Baku2017isg; Youtube.com/Baku2017) vasitəsilə onlayn rejimdə yayımlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyon avroya
20:02 07.01.2026
Futbol
Marneulidə qətl törədən şəxs Türkiyəyə qaçarkən tutuldu
19:54 07.01.2026
Hadisə
İran diplomatiyasının rəhbərləri Ermənistana səfərə gedir
19:50 07.01.2026
Dünya
Zelenski ABŞ-dan Kadırovu həbs etməsini istədi
19:37 07.01.2026
Dünya
Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
19:34 07.01.2026
Dünya
"Xəyal" bazarının fəaliyyəti dayandırılıb
18:40 07.01.2026
Cəmiyyət
İran rəsmiləri üsyançılara qarşı güzəşt ehtimalından danışıb
18:32 07.01.2026
Region
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq
18:25 07.01.2026
Siyasət
De Bruyne "Napoli"dən ayrıla bilər
18:17 07.01.2026
Futbol
İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov
18:10 07.01.2026
Siyasət
ABŞ Rusiya gəmisini ələ keçirdi - YENİLƏNDİ
17:54 07.01.2026
Dünya
Fransa Prezidenti istefa verməyə çağırıldı
17:11 07.01.2026
Dünya
Ötən il dövlət sərhədini pozan 516 nəfər saxlanılıb
17:09 07.01.2026
Ölkə