Son dəqiqə... Rusiya: Türkiyə ilə Hələb üçün razılaşdıq

Moskva Hələbdə insanlara kömək üçün Ankara ilə razılaşdığını rəsmən açıqlayıb.
Səhər saatlarında insanların azad edilməsinə maneə yarandığı  şəhərdə arxa- arxaya partlayış səsləri gəlib. Müxaliflər rejimin top, tank və hava  hücumuna məruz qaldıqlarını  bildirib. Rusiya isə, bəzi silahlı müxaliflərin hücumuna rejim gücləri tərəfindən sadəcə cavab verildiyini vurğuladı.
Türkiyə xarici işlər naziri Çavuşoğlu, rejim və digər güclərin maneə törətmələrinə rəğmən insanların ərazidən çıxarılmasının reallaşmadığını ifadə edərək, tərəfləri razılaşmağa uyğun hərəkət etməyə  çağırdı: "Artıq heç kim kimsəyə günah atmasın."
 Şahidlər isə bildirir ki, avtobuslar şəhərin kənarında əsas yolda bölgədən çıxacaq insanları gözləyir. Ancaq azadetmə əməliyyatı hər hansı bir səbəb göstərilmədən təxirə salınıb. Müxaliflər, rejimlə birlikdə döyüşən şiə milislərinin azadetmə əməliyyatına  maneə törətdiyini söyləyir. (Milliyet)
Rusiya isə, son 24 saat ərzində təxminən 6 min vətəndaşın bölgədən çıxarıldığını bildirir. Kremldən verilən məlumata görə, 366 müxalif də silahlarını buraxaraq, eyni vaxtda şəhərin şərqindən uzaqlaşıb.