Son dəqiqə: Şəhidin anası qapıda onları görüncə elə bir cümlə söylədi ki...

Firat Qalxanı hərəkatında şəhid olan 14 əsgərin acı xəbərləri ailələrinə verildi. Mayor Bülent Albayrakın da şəhid olduğu Əl Bab əməliyyatında şəhid olan əsgərlərin cənazələri Qaziantəpə gətirilib.
Şəhid olan xüsusi təyinatlı əsgərlərdən 30 yaşlı zabit - Furqan Yavaşın İzmirdəki ata evinə atəş düşdü.
Acı xəbəri hərbi səlahiyyətlilər gecə yarısı ailəsinə çatdırıb. Ailənin evinin qapısını döydükləri zaman çölə çıxan ana Zeynəb Yavaş, "Əsla, elə bir şey söyləməyin" deyə fəryad edib. Şəhid hərbçinin ailəsinin məskunlaşdığı mənzilə və küçəsinə nəhəng türk bayrağı aslıb.