ABŞ-nin kommersiya neft ehtiyatları həftə ərzində 3,2 milyon barel azalaraq 424,1 milyon barelə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin məlumatında bildirilib.
Nazirlik qeyd edib ki, ölkədə neft ehtiyatlarının hazırkı həcmi ilin bu dövrü üçün son beş ilin orta göstəricisindən 1 faiz yüksəkdir.
Məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin dekabr ayı üçün “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti 1,16 faiz artaraq 101,75 dollar təşkil edib.
Dekabr ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti isə 0,41 faiz yüksələrək bir barel üçün 89,81 dollara çatıb.